“Yaşıl poçt”, “yaşıl şantaj”

Şirkətin səhmlərinin böyük hissəsini əldə edərək bu şirkətə tam sahiblik iddiasını irəli sürməklə şantaj edərək öz səhmlərini şirkətə daha yüksək qiymətlə geri satılması. Bu zaman səhmlərini yüksək qiymətə geri alan şirkət qarşı tərəf.
Yaşıl Kart
Yazılı Əqd
OBASTAN VİKİ
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir.
Yaşıl (Talin)
Yaşıl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir.
Yaşıl (Talın)
Yaşıl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir.
Yaşıl (Vərziqan)
Yaşıl (fars. ياشيل‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (53 ailə).
Yaşıl (dəqiqləşdirmə)
Yaşıl
Yaşıl Beretlər
ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri (Yaşıl Beretlər) ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir. Vəzifələri: qeyri-konvensional müharibə, antiterrorizm, narkotiklərlə mübarizə. Şüarı — "De oppresso liber" (latınca "Zülmdən azad etməli").
Yaşıl Dərə
Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi. Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir. 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Yaşıl Elm
Yaşıl Elm — Bakıda 12 mart 2014-cü ildə universitet tələbələri tərəfindən elmi bloq olaraq fəaliyyətə başlayan, hazırda elmi-kütləvi mövzuda kitablar nəşr edən, elektron materiallar hazırlayan bir qeyri-kommersiya təşkilatıdır. Sosial media və internet ziyarətçiləri baxımından Azərbaycanda ən böyük kütləyə sahib elmi təşkilatdır. Baş redaktoru Taryel Abdullayevdir. Portalın elektron qəzeti hər kəsə açıq elmi-kütləvi qəzetdir. Burada hər kəs məqalə yaza bilər, məqalələr redaktorlar tərəfindən redaktə edilərək yayımlanır. Hazırlanan elmi materiallar dünyanın böyük universitetlərində tədris edilən kitablara istinad edilərək hazırlanır. Heç bir şəxsi, siyasi görüş, inanc və inancsızlığı dəstəklənməsinı, reklamına və propoqandasına icazə verilmir.[mənbə göstərin] Portal Azərbaycanda ilk dəfə olaraq təkamül nəzəriyyəsinə aid "Təkamülə Giriş" adlı kitab çıxarmışdır. Bununla yanaşı Nil Deqrass Taysonun "Tələsən insanlar üçün astrofizika", Ali Demirsoyun "Məktəblilər üçün təkamül" kitabları tərcümə edilərək çap edilmiş, plaforma üzvləri tərəfindən uşaqlar üçün "Kosmos" kitabı yazılmışdır.[mənbə göstərin] Portalın üzvləri və Azərbaycanlı alimlər tərəfindən tez-tez elmi-kütləvi mövzuda görüşlər keçirilir. Görüşlərin əsas məqsədi oxuyucuların suallarını cavablandırmaqdır. Bununla yanaşı elmi seminarlar və elm adamlarının insanlarla görüşünü təşkil edir.[mənbə göstərin] Portalın elmi seminarlar üçün fəaliyyət göstərən speaker.az saytı fəaliyyətə başlayıb.
Yaşıl Kitab
Yaşıl Kitab—Yaşıl Kitab Liviya lideri Müəmmər Qəddafinin siyasi fəlsəfəsini izah edən qısa bir kitabdır. Kitab ilk dəfə 1975-ci ildə işıq üzü gördü. "Bütün insanlar tərəfindən oxunması nəzərdə tutulurdu." Bunun qismən Kiçik Qırmızı Kitabdan ilham aldığı deyilir (Sədr Mao Tse-tungdan sitatlar) .Onlar həm ölkələrində, həm də xaricində geniş yayılmışdır və "bir çox yaddaqalan şüarları ilə sadə, başa düşülən bir tərzdə yazılmışdır. ". İngilis dilində tərcüməsi Liviya Xalq Komitəsi tərəfindən verildi və 1976-cı ildə Martin, Brian & O'Keeffe tərəfindən Londonda İngilis / Ərəb dilində bir nəşr nəşr edildi. Liviya Vətəndaş Müharibəsi zamanı kitabın nüsxələri anti- Qəddafi nümayişçiləri tərəfindən yandırıldı. İngilis müəllifi və Böyük London Şurasının keçmiş üzvü Corc Tremlettin dediyinə görə, liviyalı uşaqlar həftədə iki saat dərs proqramı çərçivəsində kitabı oxuyurdular. Liviyada çıxışlar zamanı hər gün televiziya və radiolarda yayımlanırdı. 1993-cü ilə qədər Fransa, Şərqi Avropa, Kolumbiya və Venesueladakı universitet və kolleclərdə Yaşıl Kitab mövzusunda mühazirələr və seminarlar keçirildi. Yaşıl Kitab üç hissədən və 110 səhifədən ibarətdir.
Yaşıl Meydan
Yaşıl Ox
Yaşıl Ox (ing. Green Arrow) — DC Comics tərəfindən nəşr edilən komik kitablarında görünən uydurma personajdır. Mort Veyzinger və Corc Papp tərəfindən yaraılmış personaj ilk dəfə 1941-ci ilin noyabrında “More Fun Comics #73” nəşrində təqdim edilmişdir. Əsl adı Oliver Cona Kuin olan personaj zəngin iş adamı və “Queen Industries” adlı şirkətin rəhbəri, Star-sitinin tanınmış şəxslərindəndir. Bəzən Robin Hud kimi geyinən və mahir oxçu olan Yaşıl Ox, bacarıqlarını doğma şəhərləri Star-siti və Sietlda cinayətkarlığa qarşı mübarizə aparmaq üçün istifadə edir, bu məqsədlə tez-tez Ədalət Liqası üzvü olan digər qəhrəmanlarla iş birliyində olur. Müasir hekayələrdə daha az istifadə olunmasına baxmayaraq, Yaşıl Ox adi oxlarla yanaşı yapışqanlı, partlayıcılı, qarmaqlı, gözyaşardıcı qazlı və hətta xüsusi hallar üçün kriptonit başlıqlı oxlardan da istifadə edir. Debüt etdiyi erkən dövrlərdə Betmenin ox mövzulu analoqu olan Yaşıl Ox, sonradan yazıçılar tərəfindən Betmen xarakterindən tamamilə fərqlənən sol qanad personajı kimi inkişaf etdirilmişdir. İlk illərində məşhurluq qazanmış Yaşıl Ox dəfələrlə “More Fun” seriyasının üz qabığında yer almış, həmçinin digər seriyalarda da görünmüşdür. Buna baxmayaraq, nəşrinin ilk iyirmi beş ilində personaj heç vaxt böyük satış uğuru və məşhurluq qazanmamışdır. 1960-cı illərin sonlarında rəssam Nil Adamsın personajı yeni dramatik üslubda təsvir etməsindən ilhamlanan yazıçı Dennis O’Nil onun üçün yeni istiqamət müəyyənləşdirərək, gücsüzlər və kasıbları incidənlərə qarşı səlibçi kimi təqdim etməyə başlamışdır.
Yaşıl Teatr
Yaşıl Teatr — Bakıda açıq hava altında yerləşən, tamaşaçı tutumu 1800 nəfər olan teatr. Yaşıl Teatr Bakıda yerləşən açıq hava teatrıdır. Teatr 1800 nəfər üçün nəzərdə tutulub. Teatr 1960-cı illərin ortalarında Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əliş Ləmbəranski tərəfindən tikilib. Yaşıl Teatr vacib mədəni tədbirlərin təşkili məkanı kimi tikilmişdi. 1993-cü ildə teatrın fəaliyyəti dayandırıldı. 2005-ci ilin avqust ayında Azərbaycanın Respublikası Prezidentinin sərəncamı ilə teatrda təmir işləri başlandı. 25 iyul 2007-ci ildə Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbov Bakı Yaşıl Teatr Konsert Kompleksinin yaradılmasına dair qərar imzaladı.
Yaşıl Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Yaşıl Xətt
Yaşıl xətt aşağıdakı mənalara uyğun gələ bilər: Yaşıl xətt (Kipr) – Şimali Kipr və Cənubi Kipri ayıran bölgəni bildirmək üçün istifadə olunan termin. Yaşıl xətt (Bakı metrosu) – Bakı metrosunun 2-ci xətti.
Yaşıl acılıqotu
Yaşıl acılıqotu (lat. Ephedra viridis) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. Ephedra nevadensis var. viridis (Coville) M.E.Jones Ephedra nevadensis subvar.
Yaşıl adaçayı
Yaşıl adaçayı (lat. Salvia viridis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Yaşıl asırqal
Yaşıl asırqal (lat. Veratrum viride) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
Yaşıl ağacdələn
Yaşıl ağacdələn (lat. Picus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinə aid heyvan cinsi.
Yaşıl balıqçıl
Yaşıl balıqçıl (lat. Chloroceryle) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan cinsi. Onlara Cənubi və Mərkəzi Amerikada rast gəlmək olar.
Yaşıl beret
Əsasən dünya ölkələrinin desant-təxribatçı birləşlərinin geyindiyi bu baş geyiminin tarixi İkinci dünya müharibəsindən başlayır. Həmin müharibədə bu baş geyimin Britaniyanın Royal Marines(Kral Dənizçiləri) korpusunun desantları geyinirdilər. Bu bereti qazanmaq üçün dənizçilər Desant-Təxribatçı Dəstə Kursun keçirdilər. Azərbaycan ordusu — Yaşıl bereti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi istifadə edirlər. Avstraliya ordusu — Avstraliya Desant-Təxribatçı Dəstə (beretləri "Qrin Şervudu" rəngində) yaşıl beret geyinirlər. 1-ci Desant-Təxribatçı Dəstə Polku. 2-ci Desant-Təxribatçı Dəstə Polku, əvvəllər 4-cü batalyon (Kral Avstarliya Polku). Amerika ordusu — ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri. ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir.
Yaşıl bina
"Yaşıl bina" — Sumqayıt şəhəri İcra hakimiyyəti aparatının binası. Sumqayıtın memarlıq nümunələrindən və simvollarından biri. Bina 1958-ci ildə tikilib istifadəyə verilmişdir. Həmin vaxtdan burada Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşirdi. Binanın inşası başa çatdıqdan sonra 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində binaın birinci mərtəbəsi həmişə nəmli olardı. Bunu Xəzər dənizindən əsən duzlu şimal küləyi ilə bağlayırdılar. Sumqayıt şəhər icraiyyə komitəsinin sədri Kamal Axundovun dövründə bu problemi həll etmək məqsədilə binanın ön hissəsində perimetr boyu Tatarıstanın Kazan şəhərindən gətirilmiş xüsusi "daş sarmaşıqlar"ı – "plyuş" kolları əkilmiş, ümumi binanın fasadı tam yaşıl örtüklə – sarmaşıqla örtülərək binanın formasına uyğunlaşdırılmışdır. Uzun müddət yaşıl libasa bürünmüş şəhər İcra hakimiyyətinin inzibati binası Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikadan kənarda da tanınan rəmzlərdən birinə çevrilmişdir. Şəhərə axışan turistlər və hörmətli qonaqlar bu binaya heyran qaldıqlarını bildirirdilər. Sumqayıtla vidalaşanda onun qarşısında yadigar olaraq həmişə şəkillərini çəkdirirdilər.
Yaşıl bitkilər
Yaşıl bitkilər (lat. Viridiplantae) — Bitki yarımaləmi.
Yaşıl boşləçək
Yaşıl boşləçək (lat. Dactylorhiza viridis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Dactylorhiza viridis var. virescens (Muhl. ex Willd.) Baumbach Dactylorhiza viridis var.
Yaşıl enerji
Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir. Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır. Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır. Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər.
Yaşıl iqtisadiyyat
Yaşıl iqtisadiyyat — iqtisadiyyat elmində XX əsrin sonlarında meydana çıxan, insanın iqtisadi fəaliyyətinin ətraf mühitə mənfi təsirinin azaldılması zərurətini vurğulayan və nəyin bahasına olursa olsun iqtisadi artımı deyil, inkişafın davamlılığını ön plana çıxaran bir tendensiya. ətraf mühit üçün minimal risklər. Bu cərəyanın tərəfdarları hesab edirlər ki, iqtisadiyyat öz daxilində mövcud olduğu və onun bir hissəsi olduğu təbii mühitin asılı tərkib hissəsidir. Yaşıl iqtisadiyyat anlayışı iqtisad elminin ekologiya iqtisadiyyatı və ətraf mühit iqtisadiyyatı kimi sahələri ilə sıx bağlıdır. Yaşıl iqtisadiyyat nəzəriyyəsi üç aksiomaya əsaslanır: məhdud məkanda təsir dairəsini sonsuz şəkildə genişləndirmək mümkün deyil; məhdud resurslar şəraitində sonsuz artan tələbatların ödənilməsini tələb etmək mümkün deyil; yer üzündə hər şey bir-birinə bağlıdır. Yaşıl iqtisadçılar neoklassik məktəbi tənqid edirlər ki, onun çərçivəsində təbii və sosial amillər adətən kənardan baxılır; onlar sabit sayılır və zamanla təhlil edilmir. Yaşıl iqtisadçılar iqtisadi artım istəyini müasir reallıqlarda qəbuledilməz hesab edirlər, çünki bu, birinci aksioma ziddir, yəni planetin təbii ehtiyatları istifadənin pik nöqtəsindədir və gələcək iqtisadi artım ekoloji fəlakətə səbəb ola bilər. Yaşıl iqtisadiyyat tərəfdarlarının fikrincə, "rostizm" (ingiliscə artımizm), yəni insanın iqtisadi fəaliyyətinin məqsədinin daimi artım olduğuna inam, ekosistemi pozur. Bunun əksinə olaraq kiçilmə konsepsiyası irəli sürülür. Yaşıl iqtisadiyyatın öyrənilməsi və iqtisadi modelləşdirilməsinin əsas obyektləri arasında aşağıdakılar var: - iqtisadi idarəetmə ilə planetin ekoloji mühiti arasında əlaqə; - ekoloji, eləcə də sosial amilləri özündə birləşdirən və uzunmüddətli perspektivdə iqtisadi fəaliyyətlərdən ətraf mühitə zərərin minimuma endirilməsinə kömək edəcək iqtisadi sistemlərin idarə edilməsi yolları; - ümumən istehsal və idarəetmə sahəsində yeni texnologiyaların inkişafının əsas götürülməli olduğu prinsiplər, bu da ətraf mühitə zərərin minimuma endirilməsinə yönəldiləcəkdir.

Значение слова в других словарях